Serj Tankyan Yerevana gəlib

System of a Down qrupunun ifaçısı, məşhur musiqiçi Serj Tankyan Yerevana gəlib.”Zvartnots” beynəlxalq hava limanında Tankyanı ER baş nazirə namizəd Nikol Paşinyan “Vətəndaşlıq müqaviləsi” partiyasının üzvüləri, pərəstişkarlar qarşılayıb.
“Nikol Paşinyan ümidverici namizəddir.Bütün xalqımız ümid bəsləyir. Bununla belə gərək gözümüzü onun üzərində saxlayaq.Mən ruhlanmışam, şadam ki, burada,sizinləyəm”-deyərək jurnalistlə söhbətində Serj Tankyan qeyd edib.
Respublika meydanında keçirilən mitinqin iştirakçılarına müraciət edərək o deyib: “Sizin qəbulunuzdan olduqca duyğuluyamSiz erməni xalqına layiq olan Vətən yaradırsınız.Bütün dünya bizə necə müsbət nümunə olaraq tamaşa edir. İllər uzunu erməni xalqını Soyqırımıyla tanımışlar bu hərəkatla isə erməni xalqının nüfuzu daha da yüksəlir”-deyərək Serj Tankyan bəyan edib.