“Əməkşalıq etməyi gözləyirik” . Donald Tusk və Jan Klod Yunker Paşinyanı təbrik etdi

Avropa Şurasının sədri Donlad Tusk və Avropa Komissiyasının sədri Jan Klod Yunker Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik ediblər.
Mesajda xüsusən qeyd edilir.
“Hörmətli Paşinyan,
Sizi Ermənistan Respublikasının baş naziri seçilməsi münasibətilə təbrik edirik. Bu vacib mandatı yerinə yetrimək üçün uğurlar diləmək istəyirik.
Bu günlər ərzində bütün partiyaların qarşıdurmanın qarşısını aldığını , təmkin və məsuliyyət göstərdiyini qışlayırıq. Biz Ermənistan-Avropa Birliyi münasibətlərini, xüsusən Ermənistan Parlamenti tərəfindən yekdilliklə qəbul edilmiş hərtərəfli və genişləndirilmiş partnyorluq sazişi çərçivəsində münasibətlərin dərinləşdirilməsi üçün əməkdaşlıq etməyi gözləyirik. Beləliklə, demokratiyanın daha da möhkəmləndirilməsi, qanunun aliliyi, insan hüquqlarının qorunması erməni vətəndaşlarının rifahı üçün fırvan, davamlı iqtisadi və sosial sitemi yaratmaq istəyirik.
Biz əminik ki, bu vacib məqsədlərinin həyata keçirilməsi üçün Ermənistanın bütün siyasi sektorları arasındakı hərtəfli dialoq çox vacibdir.
Şərq Tərəfdaşlığı çərçivəsində, həmçinin Ermənistan və regionda təhlükəsizlik, sabitlik, demokratiyanı genişləndirilməsində Sizin müsbət fəaliyyənizi gözləyirik”.