Təhlil

Azərbaycan regionun yeganə diktatorluğu olmaqdan utanır

Azərbaycan regionda yeganə diktatorluq olmaqdan utanır. Bunu Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasında keçirilən dinləmələr zamanı Meydan TV saytının direktoru Emin Milli bildirib.

“Biz bu gün Qafqazda hakimiyyəti ələ keçirən cinayətkar diktatorundan xilas ola bilməyən yeganə olkə olmaqdan utanırıq”.

Ermənistanda baş verən “məxmər inqilabı” ermənilərə görünməmiş bir uçuş təmin etdi, Azərbaycan isə diktatorluqlar arasında qaldı, harda ki saxtakarlıqlar, müxalifətçilərin işgəncələri və jurnalistlərə təzyiqlər ənənəvi halə çəviriliblər. Analitik Odri Alstadın sözlərinə görə, bütün bunlar Azərbaycanda gizli aparılır və bu şəkil xaricində fərqlidir.

“Azərbaycanda demokratiya görünüşü var, lakin məzmunu yoxdur. Rejim demokratiya sözünü tətbiq edir, lakin reallıqda özü tərəfindən tamamilə nəzərdə tutulan sistemi yaratmışdır. Əslində, bu demokratiyanın əksinədir”.

Bundan əlavə, dinləmələr iştirakçıları Azərbaycan hakimiyyəti tərəfindən xarici siyasətçilərə, ekspertlərə və jurnalistlərə ruşvət vermə faktlarını aşkar edən bir sıra araşdırmaları xatırlatdılar. Emin Milli qeyd edib ki, İlham Əliyev yalnız öz xalqına deyil, Qərbin demokratiyasına da zərər verir.

“Düşünürəm ki, ABŞ-da İlham Əliyev tərəfindən siyasətçilər, jurnalistlər və ekspertlərə verilən rüşvət faktlarını aşkar etmək üçün ABŞ Konqresi xüsusi araşdırmalar aparacaq”.

Odri Alstad vurğulayıb ki,  diktatorluq rejimi demokratik ölkələrinin tərəfdaşları ola bilməzlər.

“20-ci əsrin dərslərini almışıq. İnsan hüquqlarını pozan sistemlər yazşı tərəfdaşlar görünə bilər, lakin reallıqda onlar etibarlı deyil və çox pis tərəfdaşlardır”.

Daha çox göstər
Back to top button