Siyasət

Azərbaycandan Ermənistan ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır

Azərbaycan tərəfindən Ermənistan Respublikası ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır. Bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Viqen Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

“Sərhəd pozucuları Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriliblər”, – deyə Sarkisyan vurğulayıb.

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən əcnəbilər erməni hərbçiləri tərəfindən saxlanılmışdı. Əcnəbilər Azərbaycan tərəfindən sərhədi qanunsuz pozmaqla ER ərazisinə keçməyə cəhd etmişdilər.

Daha çox göstər
Back to top button