İctimaiyyət

Azərbaycan vətəndaşı İsraildə brilyant oğurlamaqda ititham olunur

Mayın 9-da Bat-Yamda (İsrail) Azərbaycandan olan 23 yaşlı turist saxlanılıb. O 900 min şekel məbləğində (252 min dollar) brilyantın oğurlanmasında şübhəli bilinir.

Yerli polisin bildirdiyinə görə, onları Tel-Əvivdə valyutadəyişmə məntəqəsindən oğurlayıb, İsrail KİV-i məlumat verib.

Bir gün öncə, mayın 8-də valyutadəyişmə məntəqəsinin əməkdaşı brilyant kisəsinin itməsilə bağlı polisə xəbər verib. Aşardırma zamanı müşahidə kamerasındakı videokadrların köməyilə oğurluq anının qeydə alınması mümkün olub.

Polis şübhəli şəxsin izinə düşüb onu kirayə qaldığı evdə tutub. Axtarış zamanı otaqlardan birində brilyantın bir hissəsi tapılıb.

Məlum olub ki, şübhəli şəxs İsrailə atası ilə birlikdə gəlib. Ata “İxilov” xəstəxanasında müalicə olunur.

Polis məhkəmədən onun saxlanma müddətinin uzadılmasını xahiş etmək niyyətindədir. Saxlanılan şəxsin adı açıqlanmır.

Yayımlanan videodan görünür ki, gənc oğlan bir müddət valyutadəyişmə məntəqəsində söykənəcəyin yanında dayanır. Ətrafda pullar var, işçi isə yoxdur. Sonra oğlan qarşıdakı rəfdən kisəni götürüb çıxır. Bu qədər brilyantın necə, hansı səbəbdən rəfdə qalması videodan məlum olmur.

Daha çox göstər
Back to top button