Siyasət

Kanadalı diplomat: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Artsaxın ən güclü tərəfi tapmaq lazımdır”

Dağlıq Qarabağ münaqişəsi ən çətin münaqişələrdən biridir, hesab edirəm ki, bu münaqişə sülh yolu ilə nizamlanmalıdır.

Bu haqda  mayın 11-də Artsax Dövlət Universitetində tələbələrlə görüş zamanı kanadalı analitik, diplomat  Deril Kouplen (Daryl Copeland)qeyd etdi.  O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında sovet dövründən sonrakı inkişaflara qədər məlumatı var.

“Cənubi Qafqaz çox çətin bir regiondur, Artsaxın və Ermənistanın ciddi təhlükəsizlik məsələləri var. Münaqişənin nizamlanması üçün Artsaxın ən güclü tərəfi, yani rəqabət üstünlüyünü tapmaq lazımdır.Bu günlərdə Yerevanda baş verənləri səfər etdiyim 120 ölkədə görməmişəm. Hesab edirəm ki, Ermənilərin rəqabət üstünlüyü onların birliyidir”- deyə kanadalı diplomat qeyd etdi.

Deril Kouplen 30 il Kanadanın Xarici İşlər Nazirliyində  işləyib. O dövrdə Xarici İşlər Nazirliyinin səfirliklərində, xüsusən Tayland, Efiopiya,Yeni Zelandiya, Malayizada müxtəlif vəzifələrdə çalışıb.

“2015-ci ildə Yerevanda bir konfranda iştirak etdim, sonra Artsaxa  səfər etdim. Bu günlərdə  Yerevandaydım və  həyat yoldaşımla Artsaxa səfər etməyə qərar verdim”-deyə o qeyd edib.

Görüş sonunda diplomat tələbələrin suallarını cavablandırdı.

Daha çox göstər
Back to top button