Siyasət

Armen Sarkisyan və Pyotr Svitalski ER-AB əlaqələrinin gündəlik məsələləri barədə fikir mübadiləsi aparıb

Prezident Armen Sarkisyan “Avropa günü” münasibətilə bu gün Avropa Birliyinin Ermənistan Respublikasındakı nümayəndəliyinə səfər edib.

ER Prezidentinin ofisindən “Armenpres”-ə bildirildiyinə əsasən, Respublikanın Prezidenti Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Pyotr Svitalskini və nümayəndəliyin bütün şəxs heyətini sülh və firavanlıq arzulayaraq, AB böyük ailəsini “Avropa günü” münasibətilə təbrik edib.

Səfir Svitalski Prezident Armen Sarkisyanı səfər və isti təbrik sözləri üçün təşəkkür edib, vurğulayaraq ki, bu gündən bəri Ermənistanın müxtəlif yerlərində “Avropa günlərinin” qeyd etmələri başlayacaq.

Həmsöhbətçilər ER-AB əlaqələrinin gündəlik məsələləri və AB dəstəyiylə Ermənistanda həyata keçirilən proqramlar barədə fikir mübadiləsi aparmışlar.

Daha çox göstər
Back to top button