Yerevan-Moskva münasibətləri yaxşılaşacaq.”Rossiya 24″ telekanalına Nokil Paşinyanın müsahibəsi
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan “Rossiya 24” telekanalına müsahibəsində ümid edib ki, Yerevan-Moskova münasibətləri yaxşılaşacaq.
“Hesab edirəm ki, Yerevan-Moskva münasibətləri dəyişəcək, lakin daha da yaxşılaşacaq. Mən əminəm. Anlayıram ki, Moskvada narahatlıqlar var, hesab edirəm ki, müsahibələrimizdən, görüşmələrimzdən sonra narahatlıqlar qalmayacaq, Ermənistan-Rusiya münasibətlərində hər şey daha yaxşı olacaq”- deyə oq eyd etdi.
Paşinyan vurğulayıb ki, dəyişikliklərdən sonra Ermənistanın xarici siyasət strategiyası dəyişməz qalacaq. Ermənistandakı etiraz aksiyalarının xarici siyasəti ilə bağlı məqsədləri olmayıb, olanlar daxili problemlərlə bağlı daxili bir siyasi proses idi.
Avrasiya İqtisadi Birliyinin gündəminə və AİB-də Ermənistanın nümayəndəliyinin dəyişikliklərinə toxunaraq Paşinyan qeyd edib ki, artıq mövcud olan gündəm barədə işləyəcək.
Paşinyan əlavə edib ki, mayın 14-də Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında vəziyyətlə tanış olacaq.
Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın fəaliyyəti və potensialına toxunaraq qeyd edib ki, strukturda aydınlıq gətirilməli olan məsələlər var,məsələn, bir-birinə qarşı üzv dövlətlərin öhdəlikləri,müəyyən hallarda Ermənistan həmkarları ilə hansı məsuliyyət daşıyır․Onun sözlərinə görə, üzv dövlətlərin xalqları üçün bu vəzifələrin praktikada nə demək olduğunu aydınlaşdırmaq lazımdır.
“İnanmıram ki, kimsə Ermənistana təzyiq göstərməyə çalışacaq. Belə bir təhlükəni görmürəm. Biz bir-birimizə çox sıx şəkildə bağlıyıq. Rusiya ilə əməkdaşlıq etməmək sadəcə mümkünsüzdü.”, – deyə Paşinyan bildirib .
Onun sözlərinə görə, Moskva ilə hərbi-texniki əməkdaşlıq Ermənistanın milli təhlükəsizlik məsələsidir.