Mədəniyyət

Muzey gecələri proqramına Ermənistan və Artsaxdan 100-dən artıq muzey daxil olunmuşdur

Cari ildə Muzey gecələri proqramına Ermənistan və Artsaxın 116 muzeyi də qatırlmışdır. Muzey gecələri mayın 19-da 15-ci dəfə Ermənistanda və 6-cı dəfə də Artsaxda qeyd ediləcəkdir. Tədbir Avropa Şurası, YUNESKO və ICOM himayəsi altında mayın 18-də qeyd olunan Beynəlxalq Muzeylər Gününün ilk şənbə günündə keçiriləcəkdir.

Beynəlxalq Muzeylər Günü 1977-ci ildən bəri hər il mayın 18-də qeyd olunur və tədbirə bütün dünyadan 30 mindən çox muzey daxil olunur.

2018-ci ildə ICOM Beynəlxalq Muzeylər Günü üçün  “İncəsənət muzeyləri: yeni yanaşmalar, yeni cəmiyyətlər” sloganı seçmişdir.  Eyni zamanda, iki gün davam edəcək tədbir proqramında Birinci Respublikanın 100 illik yubileyinə də toxunılacaq.

Təşkil olunacaq tədbirlər erməni mədəniyyətinin və erməni tarixinin qəhrəmanlıq səhifələrinin təbliğinə, mədəni dəyərlərin qorunmasının gücləndirilməsinə və tədbirlərə cəmiyyətdəki müxtəlif yaş qruplarının cəlb olunmasına təkan verəcəkdir.

Daha çox göstər
Back to top button