Mədəniyyət

Yerevanda Yevqeni Pluşçenkonun “Buz kralları” yeni buz şou proqramının dünya premyerası keçiriləcək

2018-ci ilin noyabrın 25-də K. Demirçyan adına idman və konsert kompleksində Yevqeni Pluşçenkonun «KINGS ON ICE» (Buz kralları) yeni buz şou proqramının dünya premiyerası keçiriləcək. Sevgi barədə “Axtamar” əfsanəsinin unikal tamaşası – buz üzərində müzikl onun bir hissəsi olacaq.

Bu tamamilə yeni bir dünya premyerasıdır. Tamaşanın ilk hissəsində auditoriya məşhur idmançılar Olimpiya çempionları, dünya çempionatlarının qalibləri, buz-ulduzların fərdi çıxışlarını görəcək.

Yevqeni Plyuşçenko üçün yalnız iştirakçıların texniki bacarıqlarının yüksək səviyyədə olması deyil, həm də idmançıların üstün artistliyini seçmə meyarı olub.

İdmançıların klassik çıxışları və unikal nömrələrinin birləşdirilməsi ənənəvi fiqurlu məktəbini, eləcə də yenilikçi həlləri və parlaq təəsüratları sevənlər üçün təkrarolunmaz təəsüratlar vəd edir. İkinci hissə erməni auditoriyası üçün unikal hədiyyə olacaq. Tarixdə ilk dəfə İdman və konsert zalınnın geniş məkanında erməni qədim “Axtamar” əfsanəsi nümayiş ediləcək.

Əfsanəvi fiqurlu məşqçilər erməni xalqının mədəni irsinin qəhrəmanları, milli əfsanəyə çevriləcəklər. Xüsusi bu çıxış üçün yazılmış musiqi Ermənistanın ən yaxşı musiqiçiləri ifa edəcək. Böyük vizual effektlər, yüksək texnologiyalı xüsusi effektlər, su və yanğın təsəvvürlü şok edici bəzəklər olacaq və sevginin dramatik, lakin parlaq bir hekayəsi nümayiş edilcəək.

Daha çox göstər
Back to top button