Siyasət

Artsax məsələsi ərazi mübahisəsi deyil, o öz müqəddəratını təyin etmə və azadlığı uğruna aparılan bir mübarizədir: Şarmazanov İsveç Parlamentinin vitse-spikerinə

ER Parlamentinin sədr müavini Eduard Şarmazanov mayın 14-də İsveç Parlamentinin vitse-spikeri Byorn Syoderin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Parlament sədrinin müavini İsveç ilə çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın genişləməsinə, parlamentlərarası əlaqələrin aktivləşməsinə əhəmiyyət verib. Eduard Şarmazanov deputatların dostluq qrupların fəaliyyətinə və parlamentlərarası platformlarda nümayəndə heyətlərinin səmərəli əməkdaşlığına toxundu.

Eduard Şarmazanov İsveç Parlamenti tərəfindən Erməni Soyqırımının pislənməsini yüksək qiymətləndirərək bu cür cinayətlərin qarşısının alınması üçün soyqırımların ümumi tanınmasına və qınamasına əhəmiyyət verib. O, BMT-nin Baş Assambleyası tərəfindən “Soyqırım cinayətlərinin qarşısını alma və cəzalandırma haqqında” konvensiyasının tanınmasının 70-ci il düönümünə həsr edilmiş “Parlamentlilər soyqırımlara qarşı” adlı sərgisini İsveçdə keçirilmə əhtimalını müzakirə etməyə çağırıb.

ER Parlamentinin sədr müavini Türkiyənin inkar siyasətini təhlükəli hesab edərək qeyd edib ki, bu ölkə hakimiyyətləri Lağlıq Qarabağ məsələsinin nizamlanma prosesində də qeyri-konstruktiv siyasət sürürlər.

“Artsax məsələsi ərazi mübahisəsi deyil, o öz müqəddəratını təyin etmə və azadlığı uğruna aparılan bir mübarizədir”,-deyə Şarmazanov bildirdi.

Daha çox göstər
Back to top button