Siyasət

Artsax və ER arasında xarici siyasətdəki əməkdaşlıq yüksək səviyyədədir: Masis Mayilyan

Artsax Respublikası xarici işlər naziri Masis Mayilyan mayın 15-də ənənəvi səfəri ilə Artsaxda olan Ermənistan Diplomatik Məktəbin direktoru, səfir Vahe Gabrielyanın başçılıq etdiyi nümayəndə heyətiniqəbul etdi. Bu haqda ER XİN informasiya və ictimaiyyətlə əlaqələr şəbəsindən məlumat verilir.

Görüş zamanı Masis Mayliyan Artsaxın diplomatik fəaliyyətinin xüsusiyyətlərini, XİN mərkəzi aparatının və xaricdə Artsaxın daimi nümayəndələrinin fəaliyyətlərini təqdim etdi. XİN rəhbəri həmçinin Artsax xarici siyasətinin əsas istiqamətlərinə, xüsusilə də Artsaxın beynəlxalq tanınması və Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə toxundu.

Masis Mayilyan məmnunluqla qeyd etdi ki, xarici siyasətdə iki erməni dövlətlər arasında olan əməkdaşlıq yüksək səviyyədədir və ümumerməni dəyər daşıyan məsələlərin həlli üçün koordinasiyalı işin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı XİN rəhbəri tələbələrin bir çox suallarına cavab verib.

Daha çox göstər
Back to top button