Azərbaycanın sabiq Xİ naziri Məmmədyarovu tənqid edərək onu Azərbaycan diplomatiyasını rəzil etməkdə ittiham etdi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz facebook səhifəsində mayın 15-də Xİ naziri Elmar Məmmədyarovun Paristdə ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi ilə keçirilmiş görüşünü şərh etdi. Bu haqda Minval.az yazır.
“Elə görünür ki, Elmar Məmmədyarov Azərbaycanı deyil, başqa bir ölkəni təmsil edir…”,-deyə Zülfüqarov Məmmədyarovu ER Baş naziri Nikol Paşinyanın bəyanatına cavab vermədiyi üçün tənqid etdi.
Zülfüqarov Azərbaycan Respublikasının suverenliyini qorumaq üçün XİN konstitusiya öhdəliklərini nəzərə alaraq, qeyd etdi ki, Xi naziri həmsədrlərə deməli idi ki, “Azərbaycan Qarabağın hava sahasını xarici hərbçilər və mülki təyyarələrin uçuşları üçün qapalı elan edir, rejimi pozanları isə, məhv edəcək”.
Bunun yerində Məmmədyarov yenə “mənasız mətnlər ilə çıxış etdi”.
“Normal şəkildə işləməyən hər kəs özünü və Azərbaycan diplomatiyasını rəzil etməmək üçün yoxa çıxmalıdır”,-deyə Zülfüqarov qeyd etdi.