Baş nazir İnformasiya Texnologiyaları və xidmətləri üzrə Dünya alyansının rəhbərini qəbul etdi
Baş nazir Nikol Paşinyan İnformasiya texnologiyaları və xidmətləri üzrə dünya alyansının (WITSA) sədri İvon Çunini və baş katibi Jim Poyzantini qəbul etdi. Görüş ərzində 2019-cu ildə Yerevanda keçiriləcək Beynəlxalq İnformasiya texnologiyaları Konqresinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Baş nazir konferansın ölkəmizdə keçirilməsinə əhəmiyyət verib və qeyd edib ki, Hökumət konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini göstərəcək. Nikol Paşinyan qeyd edib ki, İT sektoru hökumətin prioritetləri olacaq.
Nikol Paşinyan və İvon Çun birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İvon Çun vurğuladı ki. İnformasiya Texnologiyaları və xidmətlər üzrə Dünya alyansı Ermənistan Respublikası Hökuməti ilə sıx əməkdaşlıqda maraqlıdır. O konfransın təşkilində Tayvanın təcrübəsini təqdim edir.
Konfransda 80 ölkədən 4500-dən çox nümayəndə iştirak edəcək.