Siyasət
İranın birinci vitse-prezidenti Nikol Paşinyanı təbrik etdi

İranın birinci vitse-prezidenti Ehağ Cahangiri Nikol Paşinyana ER yeni Baş naziri seçməsi münasibətilə təbrik məktubu göndərib. “Armenpress”-dən İRNA agentliyinə istinadən verilən məlumata görə, təbrik məktubunda qeyd olunur ki, iki ölkə arasında həmişə yaxın və dostluq əməkdaşlığı olmuşdur.
“Mən əminəm ki, Sizin vəzifəniz dövründə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə şahid olacağıq”,-deyə İranın birinci vitse-prezidenti qeyd etdi.
O, Ermənistanın Baş nazirinə, eləcə də erməni xalqına xeyirxahlıq və uğurlar arzuladı.