
Minsk qrupunun həmsədrlərinin iyun ayında Ermənistan rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Bu barədə ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik mayın 15-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
Hər iki tərəf sülh prosesini inkişaf etdirmək yollarını müzakirə etdi. Şəxsi təmsilçi təmas xəttinin nisbi sabitliyi barədə məlumatlandırıb.Azərbaycan Xarici işlər naziri ölkəsinin mümkün qədər tez aktiv danışıqlara başlamağa hazır olduğunu bildirib