Stepanakertdə mədəni-əyləncə kompleksinin tikinti işləri başlanıb

“Taşir” xeyriyyəçilik və “Ermənistan” Ümumerməni Fondlarının vesaitləriylə Stepanakertin keçmiş “Oktyabr” kinoteatrının yerində mədəni-əyləncə kompleksinin tikinti işləri başlanıb.
Bu barədə “Artsaxpres”-in müxbiriylə söhbətində “Avrostroy” Məhdud Məsuliyyətli Cəmiyyətin baş mühəndisi Tiqran Avanesyan bildirib.
O, qeyd edib ki, kompleksin ərazisində hazırda torpaq işləri həyata keçirilir, ondan sonra bina təməlinin qurulması yerinə yetiriləcək.
100 yerli müasir və açıq sinemalar, konsertlər və digər tədbirlərin keçirilməsi üçün universal salon, kitabxana, eləcə də boş yerlər nəzərdə tutulur. Kompleksdə kafe fəaliyyət göstərəcək. Həm də avtodayanacaq tikmək planlaşdırılır. 3500 kv/m ərazi əhatə edən kompleksin ərazisi bərpa ediləcək və yaşıllaşdırılacaq.