ABŞ konqresmenləri Frenk Falon və Adam Şif Ermənistana və Artsaxa ayrılan yardımı genişləndirməyə çağırıb

ABŞ Konqresinin Ermənistan məsələlər üzrə komissiyasının həmsədri Frenk Palon və Nümyəndələr palatasının üzvü Adam Şif bu həftə Artsaxa və Ermənistana ABŞ-ın yardımlarını genişləmdirməyə və Azərbaycan tərəfindən şiddətin qarşısını alınması üçün addımlar atılmağa çağıraraq, Nümayəndələr palatasının Xarici yardım məsələlər üzrə komissiyasına müraciət edib. Bu barədə ABŞ-dakı Erməni Dat (hökm) komissiyası bildirir.
Palon Ermənistanda sığınacaq istəyən 20 mindən daha çox suriyalı qaçqınlara yardım etmək üçün 20 mln dollar, eləcə də Artsaxda həyata keçirilən proqramlar üçün 6 mln dollar istəyib.
O, qeyd edib ki, bu gün də qismən Azərbaycana hərbi yardımın göstərilməsi ilə əlaqədar erməni xalqına qarşı şiddət davam edir və Konqresin liderlərinə Azərbaycana ayrılan bütün növlü hərbi yardımları ləğv etməyə və təmmas xəti boyunca atəş yerini müəyyən edən xüsusi sistemlərin yerləşdirilməsi üçün 4 mln dollar ayrılmağa çağırıb. O həmçinin Ermənisrtan üçün 30 mln dollar iqtisadi yardım və 10 mln dollar hərbi yardım istəyib.