Beynəlxalq ekspert: “Ermənistan keçmiş Sovet İttifaqı və Türkiyə üçün nümumə olaraq xidmət edə bilər”

Ermənistan uğur qazanarsa, keçmiş Sovet İttifaqı və qonşu Türkiyə üçün demokratik dövlət qurmaq üçün nümumə ola bilər. Bu barədə “Amerikanın Səsi” ilə söhbətdə Freedom House təşkilatının proqram direktoru Neyt Şenkan qeyd edib.
“Keçən bir ay Ermənistan üçün çox ruhlandırıcı və müsbət dövr idi: Ən mühüm məsələlər üçün deyişiliklər Ermənistan üçün əhəmiyyətli imkanlar açır”- deyə Şenken qeyd edib.
“Amnesty International”-ın Avropa və Mərkəzi Asiya qanuni direktoru Deniel Balson də qeyd edib ki, vətəndaşların sülh aksiyalarına Ermənistan polisinin sülh reaksiyası təsili idi. Indi yeni yaradılmış hökumətə insan haqlarılyla bağlı məsələlərə diqqət yetirmək lazımdır.
Ermənistanın yeni hökuməti qarşısında olan problemlər çoxdur, amma onların həllində uğur qazanmaq halında Ermənistan neinki xalqın vahid gücü və ruhun qələbəsinin simvolu, həm də digərlər üçün nümunə ola bilər.
“Biz əlbəttə, ümid edirik ki, Ermənistan uğur qazanacaq, ki, hökumət demokrtaiyanın nailiyyətlərini möhkəmləşdirə və bundan sonra ən mühüm uzunmüddətli sistem islahatlarına başlaya bilər, bunlar neinki Cənubi Qafqaz, həm də keçmiş Sovet İttifaqının digər hissələrində və hətta Şərqi Avropa və Türkiyə üçün doğru rəhbərlik etmə nümunəsi olaraq xidmət edə bilər”- deyə Daniel Balson əlavə edib.