Bolqarıstan Baş naziri:”Mən əminəm ki, yeni hökumət daha demokratik və firəvan Ermənistan quracaqdır”
Bolqarıstanın Baş naziri Boyko Borisov, Nikol Paşinyanın bu məsul vəzifəsində ona cansağlığı və uğurlar diləyərək, baş nazir vəzifəsinə seçilməsi münasibətiylə təbrik etdi. Bu barədə “Armenpress” agentliyinə Ermənistan Respublikasının baş nazirinin rəsmi saytında məlumat verilib.“Mən bütün maraqlı tərəflər ilə Sizin milli konsensus və əhatəli dialoqa əsaslanan yeni demokratik hökuməti qurmaq səylərinizi yüksək qiymətləndirirəm. Siyasi sabitlik və Ermənistan Respublikasının islahatlar prosesinin daha da inkişafı, ölkənin çiçəklənməsi və Qafqaz regionunda sabitliyi qoruması Avropa üçün böyük əhəmiyyət kəsb edir. Mən yeni hökumətin erməni xalqının xoş rifahı naminə daha demokratik və çiçəklənən Ermənistan qurmasına əminəm.Avropa Birliyi ilə sıx əlaqələr saxlanılmasında Ermənistan Respublikasının siyasətini alqışlayıram və mən əminəm ki, tezliklə Bolqarıstan parlamenti tərəfindən ratifikasiya olunacaq hərtərəfli və geniş tərəfdaşlıq sazişinin qüvvəyə minməsi, bu məqsədə nail olmaq üçün əhəmiyyətli töhfə verəcəkdir”- deyərək Bolqarıstanın baş nazirinin təbrik məktubunda qeyd edilib.