Siyasət

ER XİN Qəzzada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib

Ermənistan Xarici İşlər Nazirliyi son günlərdə Qəzzada baş verən hadisələrlə bağlı öz narahatlığını bildirib.

ER XİN qeyd edir ki, tərəflər vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün daha çox tolerantlıq və hikmət saxlamalıdır.

“Biz mövqeyimizi bir daha da təsdiq edirik ki, tərəflər məsələni yalnız dialoq və danışıqlar yolu ilə həll etməlidirlər”,-deyə ER XİN saytında yazılır.

Mayın 14-də Qəzzada israil qoşunları ilə fələstinlilər arasında şiddətli qarşıdurmalar baş verib. Qurbanlar və minlərlə yaralılar var.

Daha çox göstər
Back to top button