İsrail Erməni Soyqırımını tanıyacaq: Knesetin 50 deputatı qətnaməyə razıdır

Qəzzedə baş verən hadisələr səbəbilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı apardığı beynəlxalq təbliğatı, siyasi və diplomatik demarşına cavab olaraq İsrail Erməni Soyqırımını tanıyacaq. Bu haqda İsrail Knesetinin deputatları bildirdilər.
Təşəbbüsün müəllifi İsrailin baş müxalifət “Sionist düşərgəsi” ittifaqının lideri İtsik Şmulindir. Təşəbbüsə 50-dən çox deputat, hökumətin aparıcı üzvləri və İsrailin Nəqliyyat və kəşfiyyat naziri qoşulmuşdur.
İsrailin REKA radiosuna müsahibədə Şmulin deyib ki, deputatlar Soyqırımın tanınmasını Azərbaycanla əlaqələri təsir edə biləcəyini düşünürlər. “Azərbaycanda anlamalıdırlar ki, Ərdoğanın İsrailə qarşı başladığı müharibə onlara təsir etməyəcək. O bizə alternativ buraxmayıb”,-deyə israilli deputat qeyd etdi.
Bu prosesi Knesetin sabiq deputatı İosif Şagal da tənqid etdi. İsrail KİV-ləri ilə söhbətdə o açıq şəkildə deyib ki, Soyqırımın tanınması Azərbaycanla ikitərəfli əlaqələrinə təsir edəcək və təşəbbüsün müəllifi İtsik Şmulu və Sionist rejimini tənqid etdi.