Təhlil

Bakı AŞPA-dakı nümayəndə heyətinin başçısını “qurban” verməyə çalışır

Bakı AŞPA-dakı korrupsiya skandalından narahatdır və AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidovun istefasını tələb edir.

Keçmiş səfir Arif Məmmədov və AŞPA-nın keçmiş üzvü Gültəkin Hacıbəyli bununla bağlı öz şərhlərini veriblər. Məlumatı PressClub.Az yayıb. Gültəkin Hacıbəyli izah edib ki, AŞPA iki ay davam edən araşdırmadan sonra məruzəni təqdim edib. Məruzə Prosedur Komitəsində müzakirə olunub və Nazirlər Komitəsində tövsiyə şəklində əksəriyyət tərəfindən təsdiq edilib. Məruzədə AŞPA-da korrupsiya ilə bağlı adı keçən Səməd Seyidov və Avropalı siyasətçilər cəzalandırılıblar. Həm də milli hökumətlərin AŞPA sanksiyaları qüvvəyə minənə qədər bu deputatları cəzalandırmalı olduğu qeyd edilib. Məruzədə başqa şəxslərin də adları çəkilib, amma onlar AŞPA-nın keçmiş deputatlarıdır, buna görə AŞ çərçivəsində onları cəzalandırmaq mümkün deyil. “Bu, xatırladığım qədər, AŞPA-nın Azərbaycan üçün biabırçı olan ilk ağır qərarıdır”, deyə Hacıbəyli əlavə edib.

A.Məmmədov hesab edir ki, Seyidov Azərbaycan nümayəndə heyətinin başçısı kimi ölkəmizə “qırmızı kart” göstərilməsinin təqsirkarı olub. İtaliyanın polis əməkdaşları A.Məmmədovla görüşüblər və ona suallar veiblər, bu, Avropada AŞPA-nın sözügedən qərarının nəticəsi olan cinayətlərin araşdırıldığını göstərir. Avropadan Rusiya və Azərbaycana qədər korrupsiya şəbəkəsi, o cümlədən Rosoboroneksport-un Azərbaycan məmurlarına rüşvət verməsi faktı tədqiq olunur. Ola bilər ki, araşdırmada İnterpol da iştirak edir və yeni cinayət faktlarının ortaya çıxacağı istisna deyil.

Məmmədov deyib ki, Seyidov təcrübəli insan olaraq əvvəlcə korrupsiya sxemlərində iştirak etmirdi və təhlkəli nəticələrini dərk edərək, onlara qarşı çıxırdı. Bir sıra Azərbaycanlı diplomat da açıq lobbiçiliyi dəstəkləyərək, gizli sövdələşmələrə qarşı çıxırdı. Məmmədovun fikrini davam etdirən Hacıbəyli qeyd edib ki, AŞPA Seyidovu pul məbləğlərini şəxsən verməkdə ittiham etmir və Seyidov və ona etibar etməyən prezident administrasiyası arasında daim gərgin münasibətlər olduğunu bilir. Seyidovun rəhbərlik etdiyi Xarici Dillər Universitetində yoxlama aparılıb və korrupsiya faktları aşkar edilib.

Hacıbəyli hesab edir ki, deputat Elxan Süleymanov və Belçikalı biznesmen, Azərbaycanda çox az insanın tanıdığı, amma Milli Məclisin deputatı olan Müslüm Məmmədov rüşvətxorluğun bilavasitə iştirakçılarıdır. Məmmədov Süleymanova Avropada əlaqələr qurmağa kömək edib. Süleymanov və Məmmədov AŞPA-dan çıxarılıb, Bakı onları geri çağırıb və onların adları AŞPA-nın qərarında keçmir. Azərbaycanda başa düşüblər ki, Süleymanovun və Məmmədovun AŞPA-dan kənarlaşdırılması zəruridir, belə ki, Avropada bu insanlar həbs oluna bilər. Səməd Seyidov korrupsiya əməliyyatlarında şəxsən iştirak etməyə bilərdi, pul verməyib və Bakıda cinsi macəralarda barmağı yoxdur, amma baş verənlərdən mütləq xəbəri var idi. Seyidov ittiham olunan və cəzalandırılan Pedro Aqramunt və korrupsiyada ittiham olunan digər Avropalı deputatlarla fəal şəkildə işləyirdi.

A.Məmmədov Hacıbəylinin fikri ilə razıdır. “AŞPA-da qəbul edilmiş qərar uzun prosesin başlanğıcıdır. Azərbaycan başa düşməlidir ki, hadisə ölkə və hətta AŞPA hüdudlarından kənara çıxıb və bütün Avropada araşdırılır. Müslüm Məmmədova və Elxan Süleymanova avropalılara rüşvət vermək üçün kimin pul vediyi aydınlaşdırılacaq. Bu adlar mənə məlumdur, onlar Bakıda çox yüksək vəzifələr tuturlar, amma nə qədər ki, polis bu barədə məlumat verməyib, mən susmalıyam. Azərbaycanda bir çox hakimiyyət nümayəndələri Avropa sanksiyalarına məruz qala bilər”.

Hacıbəyli Seyidovun Bakıda mətbuat konfransında öz səhvlərini etiraf etmək yerinə, Avropa Şurasının ermənipərəstliyi haqqında səsləndirdiyi ittihamlara istehza edib. Onun Azərbaycanın dünyada Şimali Koreya və Əfqanıstana tay tutulmuş biabırçı reytinqindən xəbəri olan Seyidova yazığı gəlir. Bir halda ki, Ermənistanda bütün dünya tərəfindən dəstəklənən demokratik inqilab baş verib. O, Seyidovun Bakıda Süleymanov və Məmmədovun ardınca onun da AŞPA-dan çıxarılması ehtimalı haqqında sözlərinə diqqət çəkib. AŞPA-da baş verənlər Qarabağ məsələsində Azərbaycanın mövqeyinə zərbə vurub, hətta korrupsionerlərin AŞPA-dan çıxarılması belə ölkəmizi fəlakətdən xilas etməyəcək, Hacıbəyli belə hesab edir.

Xatırladaq ki, aprelin sonlarında AŞPA-da deputatlar arasında korrupsiyaya qarşı mübarizə haqqında xüsusi məruzə geniş müzakirə olunurdu. Bu sənəddə qeyd edilirdi ki, Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının və demokratiyanın pozulmasına görə tənqidi minimuma endirmək məqsədilə Avropalı siyasətçiləri ələ almağa milyonlar xərcləyir.

Bunun ən parlaq nümunəsi Almaniyalı deputat Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hesabatını uğursuzluğa düçar etmək üçün İtaliyalı deputat Luka Volonteyə 3 mln. avro ödənilməsidir. Azərbaycan hakimiyyətinin digər lobbiçisi keçmiş AŞPA rəhbəri Pedro Aqramunt idi, o, biabırçı şəkildə vəzifədən məhrum edilib.

Daha çox göstər
Back to top button