Siyasət

ER Müdafiə naziri Kaspşikə təmas xəttindəki vəziyyəti təqdim etdi

ER Müdafiə naziri Davit Tonoyan ATƏT-in fəaləiyyətində olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiki qəbul etdi.

Bu haqda ER müdafiə Nazirliyindən məlumat verilir.

Görüş zamanı müdafiə naziri səfirə Emənistan-Azərbaycan dövlət sərhədi və Artsax-Azərbaycan qoşunlarının təmas xəttində olan cari vəziyyəti, atəşkəs rejiminin pozulma tempini təqdim etdi. Davit Tonoyan son günlərdə dövlət sərhədi və təmas xəttinin bəzi hissələrində rəqibin fəaliyyətlərinin aktivləşməsindən narahatlığını ifadə etdi. Bunun nəticəsində MO hərbçisi Şamxal Petrosyan yaralanmışdı. Müdafiə naziri bu kontekstdə təxribatların qarşısını alması və vəziyyəti sabitləşdirməsi baxımından atəşkəs rejiminin saxlamasına əhəmiyyət verib.

Anjey Kaspşik öz vasitəçiliyində çox səy göstərməyə hazır olduğunu ifadə etdi.

Tərəflər səfir ofisinin və Müdafiə Nazirliyinin əməkdaşlığına və ikitərəfli əlaqələrinə dair digər məsələləri də müzakirə ediblər.

 

Daha çox göstər
Back to top button