İsrail Elm naziri də Erməni Soyqırımını tanımağa çağırıb
İsrail Elm naziri Otir Akunis bildirib ki, Türkiyəni beynəlxalq aləmdən təcrid etmək və Ərdoğanın gərçək anti-semitik üzünü göstərmək lazımdır. Bu haqda The Times of Israel yazır.
Akunisin sözlərinə görə, Türkiyə prezidenti İsraildən nifrət edən bir neo-nasistdir. O vurğulayıb ki, İsrail Erməni Soyqırımını tanımalıdır. Deməlidir ki, Akunis İsrail və Türkiyə arasındakı gərgin münasibətlərin fonunda Erməni Soyqırımının tanınmasından danışan artıq üçüncü naziridir.
İsrail Xİ nazirinin müavini Tsipi Hotoveli də qeyd edib ki, İsrail Ankara ilə münasibətlərini donundurmaq niyyətində deyil. “Türkiyə lideri İsrail rəhbərliyi və onların fəaliyyətləri barədə kobud bəyanatlar etsə də, Türkiyə regionda önəmli ölkədir. Düşünürəm ki, biz də onlara eyni şəkildə cavab vermişik”,-deyə o əlavə edib ki, Türkiyə ilə münasibətlər dostluğa deyil, regionda çox əhəmiyyətli maraqlara əsaslanırlar.