BaşlıcaEkonomika

“AİB-ı Ermənistanın inkişafına dəstək verməyə davam edəcəkdir” Baş nazir Paşinyan bangın regional müdirini qəbul edib

ER Baş naziri Nikol Paşinyan Asiya İnkişaf Bankının regional müdiri Şeyn Rosenthalı qəbul edib.
ER hökumətinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Baş nazir Ermənistanın infrastruktur və dövlət idarəçiliyinin inkişafına Asiya İnkişaf Bankının iştirakını olduqca yüksək qiymətləndirib. “Ümid edirik ki, gələcək əməkdaşlığımızda birgə səylər nəticəsində kredit xərclərinin səmərəliliyinə ictimaiyyətin etimad səviyyəsini yüksəldə bilərik. Mən bilirəm ki, Asiya İnkişaf Bangıyla gələcək əməkdaşlıq üçün heç bir maneə yoxdur, busa o deməkdir ki, biz şəffaf təcrübə olduğunu bilirik,”- deyərək hökumət başçısı həyata keçirilən proqramların effektivliyinin artırılması əhəmiyyətini vurğulayaraq bəyan edib. Nikol Paşinyanın sözlərinə görə, hökumət Ermənistan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalacaq. Baş nazir demokratik proseslər ölkədə də demokratiyanın inkişafı korrupsiya və digər problemlərə qarşı mübarizə beynəlxalq tərəfdaşları təşviq edəcəyinə ümidvar olduğunu bildirdi.
Seyn Rozental, baş nazir vəzifəsinə Nikol Paşinyanı seçilməsi münasibətiylə təbrik edərək qeyd edib ki, AİB Ermənistanın inkişafını dəstəkləməyə davam edəcək. AİB-in regional müdiri infrastrukturunun inkişafı, idarəetmə, səhiyyə, təhsil və digər sahələrdə Ermənistan hökuməti ilə birgə həyata keçirilən proqramları haqqında Baş nazirə məlumat veribdir.
Həmsöhbətçilər Şimal-Cənub avtomobil yolunun quruluşu gedişatına , monopolyalara qarşı mübarizəyə, hökumətin önəmliklərinə və digər məsələlərə toxunmuşlar.

Daha çox göstər
Back to top button