Artsax diplomatik cəbhəmizin prioritetlərinin arasında olub və olacaqdır: Zohrab Mnatsakanyan

ER yeni təyin edilmiş Xİ naziri Zohrab Mnatsakanyan mayın 18-də Artsax Respublikasına getdi və Artsax Respublikası prezidenti Bako Sahakyanla görüşdü. Artsax Xİ naziri Masis Mayilyanın da iştirak etdiyi görüşdə xarici siyasət və bu sahədə iki erməni dövlətin əməkdaşlığına dair bir sıra məsələlər müzakirə olundu. Görüşdən sonra Zohrab Mnatsakanyan jurnalistlərin suallarına cavab verib.
-Cənab nazir bu, Sizin Artsaxa etdiyiniz ilk rəsmi səfəri və prezidentlə ilk rəsi görüşü idi. Siz nələr müzakirə etdiniz və nələri danışdınız?
-Biz prinsiplərdən danışdıq. Artsaxın Ermənistan üçün nə önəm daşıdığından, Artsaxın təhlükəsizliyindən, inkişafından danışdıq. Həmçinin qeyd etdik ki, Artsax bütün ermənilərin məsələsidir, çünki Artsax şəxsiyyət tariximizin sütunlarından ən əhəmiyyətlisidir və bu baxımdan bizim məsuliyyətimizdir.
Artsaxda olan hər bir insan hiss edir ki, adamlar burada xüsusi şəraitlərdə yaşayırlar. Bunu hiss etməmək qəbuledilməz və mümkün deyildir.
Xüsus şəraitlər təhlükə, rəqib və fiziki təhlükəsizlik məsələsidir. Bizim birliyimiz və birgə gücümüz hamımıza aiddir. Bu hamımızın məsələsidir. Bunun üçün də buradakı ruhu, məsuliyyəti hiss etmək və daşımak çox vacibdir.
-Demək Artsax diplomatik cəbhəsinin prioritetlərində olacaq?
-Elə olmuşdur və Artsaxın təhlükəsizliyini, Artsaxın inkişafını hiss etmədikcə elə də davam edəcək.