Artsaxın Kovsakan və Livanın Aynçar şəhərləri arasında Əməkdaşlığın memorandumu imzalanıb

Mayın 18-də Artsax Respublikasının Kovsakan və Livan Respublikasının Aynçar şəhərləri arasında Əməkdaşlığın memorandumu imzalanıb.
ER XİN mətbuat xidmətinə əsasən, imzalanmanın təntənəli mərasimi Aynçar bələdiyyəsində keçirilib.
Konsakan şəhəri adından memorandumu məri Razmik Marqaryan, Aynçar şəhəri adından isə məri Vardges Xoşyan imzalayıb. İmzalanma məasimində Artsax Respublikasının Ekonomika və istehsal infrastrukturları naziri Levon Grigoryan, Artsax Respublikasının Yaxın Şərqdəki daimi nümayəndəsi Karapet Kebabcyan, Aynçar şəhəri şurasınınn üzvləri və Livanın erməni icma qurumlarının nümayəndələri iştirak edib.
Memorandumda xüsusilə qeyd edilir ki, millətlərin öz müqəddəratını təyin etməsi, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına sadiq qalaraq, tərəflər iki şəhərlər arasında iqtisadiyyat, turizm, mədəniyyət və digər sahələrində qarşılıqlı faydalı əməkdaşlıq və işgüzar əlaqələr təsdiq etməyə, təşəbbüs etməyə və birgə proqramlar həyata keçirməyə, eləcə də müxtəlif sahələrdə mütəxəssislərin və ekspertlərin qrşılıqlı səfərlərini təşkil etməyə razılaşıb.