Siyasət

Ermənistandakı rus hərbi bazası “Каста-2-1”lə təchiz edilib

Rusiyanın Ermənistanda yerləşən hərbi bazası “Kasta-2-1” radar stansiyası ilə təchiz edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Kasta-2-1”in 102-ci bazaya verilməsi qoşunların təchizatı proqramı çərçivəsində həyata keçirilib.

“Kasta-2-1” aşkarlama, məsafənin ölçülməsi, təyyarələrin, PUA-ların və qanadlı raketlərin tanınması və hansı dövlətə aid olmasının müəyyənləşdirilməsi təyinatlıdır. Onlara quraşdırlan Stels” texnologiyalar sayəsində rəqiblərin “Kasta-2-1”ləri aşkarlaması mümkünsüz hala gəlir.

Daha çox göstər
Back to top button