Siyasət

Aqramunt ona qarşı tətbiq edilən 10 illik sanksiyalar ardından AŞPA-dan ayrılıb

Avropa Şurasının Parlament Assambleyasının sabiq sədri, İspaniyanın Valensiyasından seçilmiş senatör Pedro Aqramunt AŞPA tərəfindən ona qarşı tətbiq olunmuç sanksiyalar ardındanm AŞPA-dan ayrılıb.

Azərbaycan korrupsiyasının parlaq nümayəndəsi Aqramunt 10 il müddəti ilə AŞPA üzvünün əsas hüquqlarından, AŞPA-nı təmsil etmə, seçki proseslərdə iştirak etmə, AP nazirlər komitəsinə suallar vermə hüquqlarından məhrum edilib.

İspaniyanın El Mundo yazır ki, Aqramunt AŞPA-dan ayrılma məlumatını təsdiq edib. Qeyd olunur ki, Aqramunt AŞPA-dan çıxarılmayıb, çünki Azərbaycan hakimiyyətlərindən alınmış hədiyyələr və pullar barədə olduqca sübutlar yoxdu. Lakin Aqramunt mətbuat diqqətindən qaçamadı və bu, onun Xalq Partiysına (Partido Popular) böyük zərbə vurub. Partiya üzvləri Aqramuntdan uzaq durmağa başladılar.

Kürü diplomatiyasında cəlb olunduqdan başqa, Aqramuntun AŞPA sədri olduğu ərzində rus nümayəndə heyəti ilə birlikdə Suriyaya getdiyi və Qərbin qəbul etmədiyi Bəşər Əsədlə görüşdüyündən sonra o yenə diqqət mərkəzində olub. Bu səfərdən sonra AŞPA Aqramunta güvənmədiyini ifadə etdi və o istefa verməyə məcbur qaldı. Aqramunt ona qarşı irəli sürülən bütün ittihamları inkar edir və bunlar üçün Corc Sorosu günahlandırır.

Xatırladaq ki, Aqramunt və AŞPA daha 3 deputatına, o cümlədən Azərbaycan nümayəndə heyətinin sədri Səməd  Seyidov, deputatlar Xordiu Şuklan və Sezar Florin Predana qarşı aprelin 22-də AŞPA tərəfindən sanksiya qәrarı verildi.

Daha çox göstər
Back to top button