Siyasət

Biz işləyirik ki, QDİƏT baş katibi seçkiləri Bakıda deyil, Sofiyada keçirilsin: Gagik Minasyan

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında İstanbulda mayın 15-də Assambleyanın 25 illik yubileyinə həsr olunub bəyannamə qəbul olundu. Erməni nümayəndə heyətinin sədri Gagik Minasyanın sözlərinə görə, QDİƏT Parlament Assambleyasında ER Parlamentinin nüamyəndə heyəti də işlərini yekunləşmə çalışmalarında iştirak etmişdir.

O qeyd etdi ki, erməni və ukrayinalı nümayəndələr öz təklifləri ilə çıxış etdilər. Erməni tərəfi QDİƏT Assambleyasının yalnız iqtisadi yönülü qalmanı və siyasilə əlaqədar olmamanı təklif etdi.

Ukrayina tərəfi isə,  dövlət sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü ilə bağlı məsələlərə əhəmiyyət verməni təklif etdi.

“Nəticədə nə bizim, nə də onların təklifi qəbul olundu. Lazımi səslər olmadı və nəticədə gürcü tərəfinin təklifi qəbul edildi. Bu balanslaşdırılmış sənəddir”,-deyə o vurğulayıb ki, erməni nümayəndə heyəti öz çıxışında təşkilatın yalnız iqtisadi yönülü olmasının əhəmiyyətini qeyd etmişdir.

Gagik Minasyan deyib ki, 2019-cu ildə  Assambleyanın baş katibi seçilməlidir və erməni nümayəndə heyəti seçkilərin Bakıda keçirilməməsində maraqlıdır.

“İndi baş katib Azərbaycan nümayəndəsidir. Yeni seçkilər üçün üç şəhər Yerevan, Bakı və Sofiya seçilmişdir, lakin bizim nümayəndələrimiz təhlükəsizlik məsələləri üzündən Bakıda keçirilən toplantılarda iştirak etmirlər, beləliklə də biz baş katib seçkilərinin Bakıda deyil, Sofiyada keçirilməsi üçün çalışırıq”,-deyə Gagik Minasyan qeyd etdi.

Qeyd edək ki, QDİƏT Assambleyasında Erməni nümayəndə heyətində “Tsarukyan” fraksiyasının katibi Vahe Enfiacyan və “Yelk” fraksiyasının katibi Gevorg Gorgisyan vardır.

Daha çox göstər
Back to top button