Siyasət

Paşinyanın rəhbərliyi altında Frankofon ölkələrinin 17-ci zirvə toplantısının hazırlıq işləri müzakirə olunub

ER baş naziri Nikol Paşinyanın rəhbərliyi altında keçirilmiş toplantıda Frankofon ölkələri və hökumət başçılarının 17-ci zirvə toplantısının həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə ediliblər.

ER Hökumətinin bildirdiyinə görə, baş nazir zirvə toplantısının yüksək səviyyədə  həyata keçirilməsinə əhmiyyət verib.

“Bu Üçüncü Respublikanın tarixində görünməmiş bir hadisədir.  Bu hadisənin yalnız Ermənistan üçün deyil,  Beynəlxalq Frankofon Təşkilatı üçün da mühüm olduğu  üçün əlimizdən gələni etməliyik ”- deyə Nikol Paşinyan qeyd etib.

Tərəflər zirvə toplantısında elli dövlət və hökumət başçılarının işitrak edəcəyini bildirib. Tədbirdə   Francophone tərəfdaş heyətləri da  iştirak edəcəklər. Yüzdən çox nümayəndə həyatinin Ermənistana gəlməsi gözlənilir, qonaqların ümumi sayı 5000 nəfərədək olacaq.

İki günlük zirvə toplantısından üç gün əvvəl xarici işlər nazirlərinin konfransı keçiriləcək.

Tədbir çərçivəsində Frankofon ölkələrinin şirkətləri və müəssislərinin iştirakı ilə biznes forum da keçiriləcək. Tədbir zamanı qala konsert keçiriləcək.

Qeyd edilib ki, zirvə loqosu artıq təsdiq edilmiş, şüarı isə “Birlikdə yaşamaq” olacaq, xüsusi bir veb sayt da  hazırlanacaq.

Daha çox göstər
Back to top button