Siyasət

ER ədliyyə naziri və AŞ-nın ER-dakı ofisinin rəhbəri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Mayın 21-də Ermənistan Respublikasının ədliyyə naziri Artak Zeynalyan Avropa Şurasının Ermənistandakı ofisinin rəhbəri Natalya Vutovanı qəbul etdi.

Bu barədə Ədliyyə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Artak Zeynalyan Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymətləndirdi və başlanılan proqramların daha böyük həvəslə həyata keçiriləcəyinə əminliyini bildirdi.

Avropa Şurasının Ermənistandakı ofisinin rəhbəri Natalya Vutova Artak Zeynalyanı ədliyyə naziri təyin edilməsi münasibətilə təbrik etdi və Avropa Şurasının, xüsusilə də Yerevandakı ofis Ədliyyə Nazirliyi ilə ən səmərəli və əla əməkdaşlığa sahib olduğunu vurğuladı.

Görüşmə zamanı nazir Avropalı həmkarı ilə birgə proqram və əməkdaşlıq perspektivlərini müzakirə edib, xüsusilə cəzaçəkmə müəssisələrində səhiyyə sistemi və probasiya sisteminin təkmilləşdirilməsinə yönələn tədbirlərə toxunub.

AŞ Yerevan ofisinin rəhbəri təşkilatın Probasiya xidməti işçilərinə imkanlarını gücləndirmək və qanunvericilik islahatları çərçivəsində ekspert fikirlərini təqdim etməyə kömək etməyə hazır olduğunu təsdiqlədi.

Görüş sonunda ədliyyə naziri və AŞ Yerevandakı ofisinin rəhbəri məhkəmə sahəsində əməkdaşlıq proqramlarını müzakirə edib və əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

Daha çox göstər
Back to top button