Siyasət
Qarabağ münaqişəsinin nizamlanma məsələsində Ermənistan mövqeyi dəyişmədi: ER XİN

Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı Ermənistan mövqeyində dəyişiklik olmayıb. Bunu jurnalistlərlə görüşdə ER XİN mətbuat katibi Tigran Balayan bildirdi.
“Biz düşünürük ki, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə, Minsk Qrupu həmsədr ölkələrinin təkliflərinə əsaslanaraq və aprel təcavüzündən sonra əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə həll olunmalıdır. Bu açıq bir mövqedir və Baş nazir və Xİ naziri tərəfindən təsdiq edilmişdir”,-deyə Tigran Balayan qeyd etdi.