Yerevan Gallup İnternational Assosiasiyasının 71-ci illik konfransına ev sahibliyi edəcək

Baş nazir Nikol Paşinyan Gallup International Assosiasiyasının prezidenti Kanço Stoyçevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Bu haqda Ermənistan Respublikasının Hökumətinin informasiya və ictimaiyyətlə əlaqədər şöbəsindən məlumat verilib.
Baş nazir Gallup International Assosiasiyasının 71-ci illik konfransının Yerevanda keçirilməsini və beynəlxalq ekspertlərinin iştirakını alqışlayıb.
Nikol Paşinyan siyasi tədqiqatın keyfiyyətinin davamlı artırdmasına, təcrübə mübadiləsinə əhəmiyyət verib.
Hökumət başçısı ümid edib ki, Yerevanda keçirilən konfrans təcrübə mübadiləsinə və ekspertlərin analitik imkanlarının səviyəsinin artırmasına kömək edəcək.
Kanço Stoyçev əminliklə qeyd edib ki, Yerevanda keçirilən konfrans regional əməkdaşlıq üçün yeni əsaslar yaradacaq, iştirakçılara sosiologiya sahəsində son tendensiyalarla tanış olmaq imkanı verəcək.
Galluq İnternational Assosiasiyasının prezidenti baş nazirə konfransda müzakirə olunan mövzuları və Ermənistandakı tərəfdaşları ilə əməkdaşlıq imkanlarını təqdim etdi.