ABŞ Ermənistanı “Millennium Challenge Corporation” proqramına daxil etmək üçün araşdırmalara hazırdır

ABŞ Ermənistanı “Millennium Challenge Corporation” proqramına daxil etmə məsələsini araşdırmağa hazırdır. Bunu ABŞ Hay Dat komitəsinin məktubuna cavab olaraq ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, onlar Ermənistandakı son siyasi dəyişikliklər barədə optimistdir. Ermənistan və Amerika xalqlarının dostluğuna əhəmiyyət verən Pompeo qarşılıqlı maraqları təşviq etmək üçün Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında yeni Ermənistan hökumətini dəstəkləməyə hazır olduğunu bildirib.
Dövlət katibi qeyd etdi ki, “Millennium Challenge Corporation” proqramına daxil olma prosesini sürətləndirmək üçün mexanizm yoxdur, lakin əgər Ermənistanın layihənin standartlarında müsbət dəyişiklikləri təsvir edərsə, bu məsələni araşdırmağa hazırdır. Bu da korporasiya rəhbərliyinə Ermənistanı layihəyə daxil etmə imkanı verəcək.
Pompeo Ermənistanı korporasiyanın qrant proqramına daxil etmək üçün hansı kriteriyaların vacib olduğunu qeyd edərək Ermənistanın bu islahatlarla bağlı sualları varsa, Vaşinqtonun Yerevana dəstək verməyə hazır olduğunu da əlavə etdi. “Biz Ermənistan-Amerikan dostluğunun inkişafı üçün işə hazırıq”,-deyə Pompeo vurğulayıb.