Nikol Paşinyan və Demetris Siluris Ermənistan-Kipr əlaqələrinin gələcək inkişafına dair bir sıra məsələləri müzakirə ediblər

Baş nazir Nikol Pashinyan Kipr Respublikası Nümayəndələr Palatasının sədri Demetris Silurisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan hökumətinin məlumatına görə, Baş nazir Paşinyan Ermənistan və Kipr arasında əlaqələrin tarixi kökləri olduğunu qeyd etmiş və iki ölkə arasında səmimiyyətin əskik olmamasını vurğulamışlar. “Bizim ölkələrimiz regional məsələlər üzrə ümumi fikirlərə malikdirlər. Biz Erməni Soyqırımı və qarşısının alınması və məhkum edilməsiylə əlaqədar, beynəlxalqcasına tanınmasında Kipri roluna böyük əhəmiyyət veririk”- deyərək Nikol Paşinyan bildirib. Baş nazir Kiprin mövqeyini və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinə dair dəstəyini yüksək qiymətləndirdi. Hökumətin rəhbəri vurğulayıb ki, Ermənistan hökuməti siyasi, iqtisadi və sosial sahələrdə Kiprlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və Ermənistan-Azərbaycan əlaqələri çərçivəsində Kiprlə əməkdaşlığa böyük əhəmiyyət verir.
Kipr Respublikasının Nümayəndələr Palatasının sədri, baş nazir vəzifəsinə seçilməsi münasibətiylə Nikol Paşinyanı təbrik edib və iki ölkə arasında əməkdaşlıq bun dan sonar daha təkan alacağı əminliyini bildirib.
“Əmin olun ki, biz AB-də Ermənistan nümayəndəsinin rolunu ifa edəcəyik və çalışacağıq ki, təfərrüatlı və genişlənmiş həmkarlıq müqaviləsini ratifikasiya olunması və vizaların liberallaşdırılması yolunda əlimizdən gələni əsirgəməyəcəyik”- deyə Demetris Siluris qeyd edib. Sonuncu təhlükəsizlik, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivini nəzərdən keçirdiyini və Kiprin erməni icması bu işə öz töhfəsini verə biləcəyini vurğuladı. Kipr Respublikası Nümayəndələr Palatasının sədri işgüzar əlaqələrin möhkəmləndirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların atılması zərurətini düşünür.
Baş nazir Dimitris Siluris Paşinyan və Ermənistan, Kipr və Yunanıstan arasında üçtərəfli əməkdaşlığın inkişaf etdiyini və gələcəkdə tərəflər bu istiqamətdə fəal işlərin davam ediləcəyinə ümidvar olduğunu bildirdi.
Nikol Paşinyan Kiprin Prezidenti Nikos Anastasiadesə salamlarını çatdırmağı və bu payız Yerevanda keçiriləcək Frankofoniyanın, 17-ci sammitində iştirak etmək dəvətini yetirməyi xahiş etdi.