Siyasət

Z. Mnatsakanyan və S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsini müzakirə ediblər

Yaxın gələcəkdə ER xarici işlər naziri Zohrab Mnatsakanyan  Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Bu haqda Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefonla aparılan söhbət  zamanı razılaşma əldə olunub.

Nazirlər bir-birlərini xarici işlər nazirlərinin vəzifəsində təyin edilməsi münasibətilə təbrik ediblər. Nazirlər Ermənistan-Rusiya müttəfiq əlaqələrin genişləndirilməsi və dərinləşməsinin davam etdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Söhbət zamanı mayın 14-də Soçidə ER baş naziri Nikol Paşinyan və RF prezidenti Putin arasında keçirilmiş görüşə əhəmiyyət verilib.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq bir sıra məsələlər müzakirə ediblər.

Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan  yaxın vaxtarda  Moskvaya səfər etmək barədə  Lavrovun dəvətini qəbul edib.

ER xarici işlər naziri  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesində Rusiyanın və ATƏT Minsk qrupunun digər həmsədr ölkələrinin səylərini yüksək qiymətləndirdi. Bu konteksdə Zohrab Mnatsakanyan  Ermənisatnın ATƏT Minsk qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına dair öhdəliyini bir  daha da tədiqləyib.

Daha çox göstər
Back to top button