İctimaiyyət

Almaniyada ER səfiri Leypsiqdə mühazirə ilə çıxış etdi

Mayın 22-də Leypsiq Universitetində Leypsinq institutunun dəvətiylə Ermənistanın Almaniyadakı səfiri  Aşot Smbatyan Şərqi Avropa tarix və mədəniyyət Fakültəsinin tələbələri üçün  “Dağlıq Qarabağ münaqişəsi” adlı xüsusi mühazirə oxudu.

Bu haqda Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqədər şöbəsindən məlumat verilib.

İnstutun direktoru professor Ştefan Tryobst açılış mərasimində çıxış edib.

ER səfiri Dağlıq Qarabağ münaqişəsinin tarixini təqdim etdi. Səfri ATƏT Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə  aparılan danışıqlar prosesinə toxundu. Səfir Smbatyan çıxışında qeyd etdi ki, münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasının alternativi yoxdur, davamlı sülh və sabitliyə nail olmaq üçün, Artsax Respublikası münaqişə tərəfi olaraq danışıqlar prosesində tam iştirak etməlidir.

Görüş sonunda səfir iştirakçıların suallarını cavablandırdı.

Daha çox göstər
Back to top button