İctimaiyyət
BŞİH 28 MAY mitinqinə razılıq vermədi; müxalifət Novxanıda toplaşacaq

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-də Cümhuriyyətin 100 illiyi ilə bağlı mitinq keçirmək müraciətinə rədd cavabı verib.
“Azadliq.info” saytına əsasən, bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat yayıb.
O bildirib ki, icra hakimiyyəti aksiyanı mayın 26-da keçirməyi məqsədəuyğun hesab edir:
“Cümhuriyyətin 100 illiyi ilə bağlı mitinqə razılıq verməmək hökumətin özünüifşasıdır. Milli Şura da mayın 26-da mitinq keçirməkdən imtina edir və mayın 28-də Novxanıda bayram mitinqi keçirməyə qərar verir”.
Bayram Mitinqi saat 17:00-da başlayacaq.