ER Müdafiə naziri KTMT üzv dövlətlərinin Müdafiə Nazirlər Şurasının iclasında iştirak edib

Mayın 23-də Astanada Qazaxıstan Respublikasının Müdafiə naziri, general-polkovnik Saken Jasuzakovun başçılığı ilə KTMT üzv dövlətlərinin Müdafiə Nazirlər Şurasının nöbəti iclası keçirilib.
KTMT baş katibi Yuri Xaçaturov və KTMT birgə qərarqah rəisi, general-polkovnik Anatoli Sidorovun iştirak etdiyi iclasda KTMT şərşivəsində hərbi əməkdaşlığın güclənməsinə və təşkilatın hərbi komponentinin daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra gündəm məsələləri müzakirə olundu və bir çox qərarlar imzalandı.
İclas ərzində ER Müdafiə naziri Davit Tonoyanın Rusiya Federasiyası Müdafiə naziri, ordu generalı Sergey Şoygu ilə ikitərəfli görüşü olub.
Görüş zamanı ER və RF Müdafiə nazirləri ikitərəfli və KTMT çərçivəsində Ermənistan-Rusiya strateji müttəfiq əlaqələrinin inkişafı üçün birgə səylər göstərmək və bir sıra sahələrdə daha yüksək səviyyədə əməkdaşlıq təmin etmək üçün qarşılıqlı istəklərini ifadə etdilər.
Regional və beynəlxalq təhlükəsizliyə dair məsələlər də mövcud təhlükələrə birgə cavab vermə imkanları müzakirə olundu.
KTMT üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclas iştirakçıları Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən qəbul edildi.