Ekonomika

Natiq Cəfərli: “Böyük nominasiyalı pullar korrupsiyaya, qeyri-şəffaflığa yol açan elementlərdən biridir”

«Dünya nağdsız ödənişlərin əhatə dairəsini genişləndirir. Elektron pullara keçir, iri nominasiyalı pullar buraxılmasına son qoymaq istəyir, Azərbaycanda isə iri nominasiyalı əskinaslar dövriyyəyə buraxılır».

REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli bunu AzadlıqRadiosuna Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını şərh edərkən bildirib.

N.Cəfərli vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə ödənişlərin 96 faizi nağdsız həyata keçirilir: «Azərbaycanda isə bunun tam əksi baş verir…».

Ekspert deyib ki, böyük nominasiyalı pullar korrupsiyaya, qeyri-şəffaflığa yol açan elementlərdən biridir və Avropa Mərkəzi Bankı tədricən 500 avroluq əskinasları dövriyyədən yığışdırır.

N.Cəfərli vurğulayıb ki, 200 manatlıq əskinasların dövriyyə buraxılması hər hansı iqtisadi səbəblə yox, daha çox simvolika ilə bağlıdır: «Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili, keçmiş prezident Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur».

N.Cəfərli deyib ki, bunda daha bir səbəb neftin qiymətinin bahalaşmasıdır.

Daha çox göstər
Back to top button