Təhlil

Ermənistan tərəfindən alınacaq “Tor” silahları Azərbaycan aviasiyası üçün ciddi problemlər yaradacaq: A. Xramçixin

ER Silahlı Qüvvələrinin “Tor” zenit raket sistemləri ilə təchiz olunması Ermənistan üçün faydalıdır. Bu haqda Tert.am-ə müsahibədə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin bildirib.

Onun sözlərinə görə, “Tor” müasir silahdır və Ermənistan Silahlı Qüvvələri üçün çox faydalı olacaqdır. Ermənistan SQ silahların, o cümlədən hava hücumundan müdafiə sistemləri Sovet istehsalıdır və qismən köhnəlmişdir. “Tor” isə müasirdir.

O qeyd etdi ki, Azərbaycanın “Tor”-a qarşı mübarizə üçün müvafiq silahı yoxdur.

“Tor” silahları Azərbaycan aviasiyası üçün ciddi problemlər yaradacaq. “Azərbaycan aviasiyası da Sovet istehsalıdır və bunun üçün də müqavimət göstərmək çətin olacaqdır”,-deyə ekspert qeyd etdi.

Daha çox göstər
Back to top button