Siyasət

Nikol Paşinyan: “Ermənistan” ümum-erməni fondu ilk gündən bəri Ermənistanın yeni yaradılmış Respublikasına dəstək olub

Baş nazir Nikol Paşinyan “Ermənistan” ümum-erməni fondunun mütevellilər şurasının iclasında iştirak edib. ER hökumətindən verilən məlumata görə, Baş nazir öz çıxışında deyib:

“Ermənistan ümum-erməni fondu ilk gündən bəri Ermənistanın yeni yaradılmış Respublikasına dəstək verib. Müstəqilliyimizin ilk illərində onun rolu həqiqətən çox böyükdü, çünki düşünürəm ki, “Ermənistan ümum-erməni fondu ER hakimiyyətinə qarşı Diyaspora etibarının göstəricisi olub. Fondun fəaliyyətinə baxanda Diasporada baş verən proseslərini də görə bilərik.

Aprel-may aylarında Ermənistanda baş verən siyasi proseslər milli birliyə yeni bir təkan oldu və biz bu birliyin təkanını konkret siyasi nəticələrə və daimi siyasi faktörə çəvirmək üçün hər şey etməliyik və edəcəyik. Biz ER hökumətinin prioritetlərini açıqlamışdıq. Bu prioritetlərdən ən önəmlisi ER vətəndaşları və erməni xalqının qələbə duyğusunun qorunması və davam etdirilməsidir”.

Daha çox göstər
Back to top button