ER hakimiyyətləri BFT zirvəsinin yüksək səviyyəsi ilə keçirilməsi üçün əlindən gələni edəcəklər: Nikol Paşinyan

Baş nazir Nikol Paşinyan Belneyxalq Frankofoniya Təşkilatının baş katibi ofisinin müdiri Jan-Lui Atangana Amugu və baş katibinin xüsusi məsləhətçisi Erve Ladsunu qəbul etdi.
ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş nazir ölkəmizdə Frankofoniyanın 17-ci zirvəsinin keçirilməsinə əhəmiyyət verərək qeyd etdi ki, bu, yalnız frankofon dövlətləri ilə əməkdaşlığmızı deyil, həmçinin Ermənistana qarşı olan etibarnın göstəricisidir.
Hökumət başçısı vurğulayıb ki, ER hakimiyyətləri zirvənin yüksək səviyyədə keçirilməsi üçün əlindən gəəni edəcəklər. Baş nazir zirvə çərçivəsində iqtisadi forumun əhəmiyyətini vurğulayaraq ümid edib ki, bu, Ermənistanda iqtisadi aktivliyin inkişafına təkan verəcəkdir. Nikol Paşinyan əlavə etdi ki, ölkəmizdə fransız dilinin tədrisinin yaxşı ənənələri var və Frankfon sammitinin keçirilməsi erməni xalqı arasında dilin tədrisinə yeni bir təkan verəcəyinə inandığını ifadə etdi.
Jan-Lui Atangana Amungu Nikol Paşinyanya Beynəlxalq Frankofoniya Təşkilatının baş katibinin təbriklərini çatdırararq qeyd etdi ki, Ermənistanda aprel-may aylarında baş verən hadisələrfrankofon dövlətlərinin diqqət mərkəzində idilər və bunların nəticəsində Ermənistan nümunəli bir dövlətə çəvirilmişdir. “Baş katibimiz əmindir ki, Siz və Ermənistanhökuməti Frankofon sammitini düzgün təşkil edəcəksiniz. Əminik ki, tədbir yüksək səviyyədə keçiriləcəkdir”,-deyə o qeyd etdi.
Görüş zamanı sammitə dair bir sıra məzmun və təşkilati məsələlər də müzakirə olunub.