Siyasət

Ermənistan və Gürcüstan qarşılıqlı faydalı əməkdaşlığı yeni səviyyəyə çatdıra bilər: Prezidentlər Tbilisidə görüşdü

Gürcüstan prezidentinin dəvəti ilə Tbilisidə olan ER prezidenti Armen Sargsyan mayın 25-də preziident Giorgi Margvelaşvii ilə görüşdü.

ER prezident administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Armen Sargsyan prezident Margvelaşviliyə Gürcüstan dövlətçiliyin bərpasının 100-cü il dönümü tədbirlərinə dəvəti və isti qəbulu üçün təşəkkür etdi. O deyib ki, bir neçə gün sonra Ermənistan da İlk Cumhuriyyətinin 100-cü il dönümünü qeyd edəcək. Prezidentin sözlərinə görə, iki xalq üçün tarixi bu yubileylərin təməlində azadlıq ideyası vardır.

Prezident Sargsyan erməni-gürcü ikitərəfli münasibətlərini qarşılıqlı etimad mühitində dinamik inkişaf etməyə davam edən yaxşı qonşuluq və tərəfdaşlıq kimi xarakterizə edib. “Ənənəvi dostluğumuz və xalqlarımız arasında olan tarixi təməllərə əsaslanan aktiv dövlətlərarası dialoq yeni tərəfdaşlıq istiqamətləri yaratmaq üçün ciddi şərtlər yaradır”,-deyə prezident qeyd etdi.

İki ölkənin prezidentləri Ermənistanın son dövrlərində meydana gələn dəyişikliklərdən və Ermənistan-Gürcüstan münasibətlərinin perspektivlərindən danışdılar. Tərəflərin birgə səyləri yalnız baş verən hadisələri qorumaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığa yeni bir təkan verərək, onu keyfiyyətcə yeni səviyyəyə qaldıracağına əmin olduqlarını bildirdi.

Səmimi söhbət zamanı Ermənistan prezidenti Gürcüstandakı həmkarını Ermənistana səfər etməyə dəvət etdi.

Daha çox göstər
Back to top button