Siyasət

Azərbaycanı Artsaxa qarşı təcavüzünü dayandırmağa çağırırıq: Amerikalı kongresmenin Ermənistanın İlk Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi mesajı

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Bred Şerman öz tviter səhifəsində Ermənistanın İlk Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş yazı paylaşıb.

Respublikaçı kongesmen Türkiyəni Ermənistana qarşı tətbiq etdiyi blokadanı ləğv etməyə, Azərbaydcanı isə Aretsaxa qarşı təcavüzünü dayandırmağa çağırıb.

“Biz Ermənistanın İlk Cumhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Türkiyəni blokadanı, Azərbaycanı isə Artsaxa qarşı təcavüzünü dayandırmağa çağırırıq”,-deyə siyasətçi yazıb.

Əlavə edək ki, Kaliforniya ştatından seçilmiş kongesmenin bir sıra erməni əsilli tərəfdarı vardır və o Kongesdə onların maraqlarını müdafiə edir. O, ABŞ tərəfindən Erməni Soyqırımının tanınmasının tərəfdarıdır.

Daha çox göstər
Back to top button