Siyasət

”Tigranakert” poliqonunda döyüş atəşi ilə hərbi təlimləri keçirilib

Cari təhsil ilinin hazırlıq planına görə, Respublikanın şimal-şərqində yerləşdirilmiş MO hissələrindən birinin komandiri, polkovnik Artur Harutyunyanın başçılığı ilə “Tigranakert” poliqonunda döyüş atəşi ilə hərbi təlimləri keçirilib. Təlimlərdə  gücləndirilmiş tanklar və artilleriya birləşmələri iştirak etdilər.

MO hərbi hissələrinin komandirləri və onların müavinləri təqdim olunan mövzuları ilə tanış olmuşlar, təlim rəhbərləri isə, tədris materialları ətraflı şəkildə təqdim dərək, iştirakçıların maraqlı suallarına da cavab veriblər.

“Təlimlərdə iştirak edərək təcrübə və biliklər əldə alınır, həmçinin bizim bacarıqlarımız və imkanlarımız yaxşılaşdırılır. Bunlar isə, real döyüş əməliyyatlar zamanı öhdəliklərin məqsədyönüllü və tamamilə həyata keçirilməsi üçün lazımdır. Şərti rəqibi məhv etmək üçün tətbiq olunan taktikalar real rəqibi də məhv etməyə hazırdır. Əminəm ki, real hərbi əməliyyatlar zamanı da bütün bunlara hazırıq”,-deyə iştirakçı kapitan Vanuş Torosyan qeyd etdi.

Döyüş atəşi ilə keçirilən təlimlər qoşunlar komadirlərinin praktiki bacarıqları və döyüşün təşkili və sürməsi işində qoşunlarının idarə olunmasını yaxşılaşdırmaq məqsədi daşıyırdı. Bu təlimlər iştirakçı heyətin döyüş keyfiyyətlərini gücləndirir və təkmilləşdirir, fiziki dözümlülük və bölmələrin harmonik hərəkət səviyyəsini artırır. Müvafiq təlimatları aldıqdan sonra təlimlərdə iştirak edən personal döyüş hazırlığı və komandirlərin bacarıqlı komandanlığı nəticəsində şiddətli bir atəş açdılar və döyüş vəzifəsini tam yerinə yetirdilər.

“Nümayiş taktikalı təlimlər yüksək səviyyədə təşkil olunub və döyüş əməliyyatları zamanı tabeliyin effektiv idarə edilməsində hərbi hissələrin və batalyon zabitlərinin imkanlarını artırmaq və gücləndirmək məqsədilə keçirilir”,-deyə komandir əlavə etdi ki, təlimlərin ilkin nəticələri qənaətbəxşdir, lakin son analizdən sonra əldə olunan nailiyyətlər ilə birlikdə çatışmazlıqları da qeyd olunacaq və gələcəkdə bununla bağlı müvafiq işlər aparılacaqdır.

Təlimlərin nəticələri göstərdi ki, məşqdə fəal iştirak edən əməkdaşlar öz döyüş əmsallarını yerinə yetirə və milli təhlükəsizliyin təmin edilməsi üzrə öz missiyasını inamla həyata keçirə bilərlər.

Daha çox göstər
Back to top button