BaşlıcaEkonomika

Tiqran Sarkisyan: “İran ilə Aİİ müvqqəti müqaviləsi 2019-cu ildən etibarən qüvvəyə minə bilər”

2019-cu ildən etibarən Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonası üzrə müvəqqəti müqavilə qüvvəyə minir. Bu haqda TASS-a verdiyi müsahibəsində Avrasiya İqtisadiyyat İttifaqının Kolleqiyası heyətinin sədri Tiqran Sarkisyan bildirib.
“Astanada keçirilən sammitdə biz İranla azad ticarət zonası yaradacaq müvəqqəti bir razılaşma imzaladıq. İndi biz ölkələrimizdə ratifikasiya prosesini başlamışıq və ümid edirik ki, saziş yeni ildən qüvvəyə minəcəkdir”-deyərək o qeyd edib..
Müqavilə imzalandı və indi təsdiq olunmalıdır. Ekspertlərimiz deyir ki, bu, təxminən altı ay davam edə bilər. Təsdiqləndikdən sonra o qüvvəyə minəcəkdir. Eyni şey Çinə də aiddir”-deyərək Sarkisyan aydınlaşdırıb. O, Avrasiya İqtisadiyyat İttifaqının hazırda azad ticarət zonasına dair razılaşmaların imzalanması ətrafında İsrail, Sinqapur, Hindistan, Misir və Serbiya ilə danışıqlar aparıldığı barədə xatırladıb.

Daha çox göstər
Back to top button