Siyasət

Ara Babloyan: “Demokrat Artsax avtoritar Azərbaycanın hissəsi ola bilməz”

ER Parlamentinin sədri Ara Babloyan Ermənistanda İtaliya Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinçentso del Monakonu qəbul edib. Bu haqda ER Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

ER Parlamentinin sədri i ikitərəfli parlament əlaqələrinin inkişafına toxunaraq, bu konteksdə  fəaliyyət göstərən dost qruplarına əhəmiyyət verib.

Ara Babloyan İtaliyanın Ermənistan üçün vacib tərəfdaş olduğunu vurğulayaraq ümid etdi ki, Ermənistan-Avropa Birliyi Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin ratifikasiyası gecikməyəcəkdir.

ER Parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, demokrat Artsax avtoritar Azərbaycanın hissəsi ola bilməz. Onun fikrincə münaqişə sülh yolu ilə nizamlanmalıdır.

İtaliyadakı erməni icmasının roluna toxunaraq tərəflər qeyd edib ki, ermənilər İtaliyanın ictimai,siyasi, iqtisadi və mədəni həyatının inikişafına dəstək verirlər. İtalyadakı Erməni icması Ermənistan-İtaliya münasibətlərinin güclənməsinə böyük töhfə verir.

Tərəflər son illər ərzində ikitərəfli ticarət-iqtisadi əlaqələrin müsbet inkişafını qeyd edərək, mövcud potensiaları da vurğulayıblar.

Daha çox göstər
Back to top button